Rusiya və Çin nümayəndələri BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

Rusiya və Çin nümayəndələri BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib
# 28 avqust 2013 18:18 (UTC +04:00)

Bakı-APA. Rusiya və Çin nümayəndələri BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalının yaydığı xəbərdə bildirilir.

Diplomatların hansı səbəbdən iclası tərk etdikləri barədə məlumat verilmir.

Qeyd edək ki, BMT TŞ-nin iclasında ölkəsinin Suriya ilə bağlı hazırladığı qətnamə layihəsi müzakirə edilir. Qətnamədə Suriyadakı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan tədbirlər əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR