Separatçılar Luqanskda Ukrayna Müdafiə Nazirliyinin hərbi təyyarəsini vurublar - VİDEO

Separatçılar Luqanskda Ukrayna Müdafiə Nazirliyinin hərbi təyyarəsini vurublar - <span style="color: red;">VİDEO
# 14 iyun 2014 07:41 (UTC +04:00)

Bakı – APA. Ukrayna qoşunlarına məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi Luqanskda separatçılar tərəfindən vurulub.

APA-nın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, terrorçular təyyarəni iyunun 14-də gecə Luqansk aerodromuna eniş edərkən zenit qurğusundan və iriçaplı pulemyotdan açdıqları atəşlə vurublar.

“Təyyarənin göyərtəsində hərbçilər, texniklər, sursat və ərzaq olub. İl-76 şəxsi heyəti rotasiya məqsədilə Luqanska gətirib”, - deyə Ukrayna MN-in açıqlamasında bildirilir.

Nazirliyin rəhbərliyi həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Həlak olanların dəqiq sayı məlum deyil.

CNN isə öz mənbələrinə istinadən təyyarənin göyərtəsində 49 nəfərin olduğu barədə məlumat yayıb. Onların 25-ci aeromobil briqadanın desantçıları və ekipaj üzvləri olduqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR