Belçikanın Azərbaycandakı səfiri Lerik rayonunda olub - FOTOSESSİYA

Belçikanın Azərbaycandakı səfiri Lerik rayonunda olub - <span style="color: red;">FOTOSESSİYA
# 23 aprel 2014 07:24 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Aprelin 22-də Belçika Krallığının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Karen Petit Lerik rayonunda səfərdə olub. APA-nın cənub bürosunun məlumatına görə, xarici diplomatın rayonla tanışlığı Heydər Əliyev Mərkəzinin, “Uzunömürlülər” və Tarix-diyarşünaslıq muzeylərinin eksponatları ilə tanışlıqdan başlayıb.

Daha sonra xanım K.Petit Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırov ilə görüşüb. Tərəflər arasında keçirilmiş söhbət zamanı qeyd olunub ki, bu gün Belçika və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanlar mövcuddur. Səfir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını və bu inkişaf prosesinin Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirməklə, rayonun təbiətinin onu valeh etdiyini diqqətə çatdırıb.

RİH-nin başçısı R. Bağırov səfir xanım Karen Petitə Lerik rayonunda görülmüş abadlıq-quruculuq işlərini özündə əks etdirən kitab və əl işlərindən ibarət hədiyyə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR