“Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsinə yekun vurulub - VİDEO

“Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsinə yekun vurulub - <span style="color: red;">VİDEO
# 08 may 2014 14:47 (UTC +04:00)

Bakı – APA. Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət yarışın bu hissəsinin start xətti Bakıda, finişi əyalətdə olub.

Belə ki, 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürüb, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşən idmançılar paytaxtı tərk edib 187 km məsafəyə gediblər.

Mərhələnin qalibi İsmayıllıda müəyyənləşib. Finiş xəttini birinci sloveniyalı Primoz Roqliç (“Adria Mobil”) keçib. Avstriyalı Uilyam Klark (“Drapak Professional Cycling”) 2-ci, italiyalı Rafael Andriato (“Neri Sottoli”) 3-cü olub. Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, sloveniyalı Matey Muqerli (“Adria Mobil”) ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən ayxşı gəncə verilən ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verilib.

Qeyd edək ki, yarışın 3-cü günündə iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (180 km) qayıdacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR