Azərbaycanın Polşadakı səfiri Yagellon Universitetində çıxış edib - FOTO

Azərbaycanın Polşadakı səfiri Yagellon Universitetində çıxış edib - <span style="color: red;">FOTO
# 16 yanvar 2014 16:30 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşanın Yagellon Universitetində Azərbaycanın tarixi və bu günü mövzusunda çıxış edib.

Səfirlikdən APA - ya verilən məlumata görə, 120-130 nəfər tələbənin iştirak etdiyi görüşdə diplomat Azərbaycanın çoxəsrlik tarixi, Azərbaycanda mövcud olmuş dövlətlər və onların xarici siyasətdə önəm verdiyi ölkələr haqqında məlumat verib, ölkəmizin müxtəlif sahələrdə inkişafında rolu olmuş polyaklar, Polşanın müstəqilliyi uğrunda mübarizə aparmış azərbaycanlılar, habelə iki ölkə arasında münasibətlərin bu günü haqqında geniş söz açıb.

Həsən Həsənov müasir Azərbaycan və onun xarici siyasət prioritetləri, iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi və digər mövzulara toxunaraq bildirib ki, prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasət nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrilib.

Daha sonra səfir tələbələrin müxtəlif suallarını cavablandırıb.

Tədbirdə eyni zamanda səfirliyin nəşr etdirdiyi, Azərbaycanın tarixini, mədəniyyətini, qəhrəmanlıq eposlarını, milli mətbəxini, dilini, arxitekturasını, Azərbaycan-Polşa münasibətlərini əks etdirən 22 adda 500 nüsxədən çox kitab və açıqcalar iştirakçılara hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR