Sumqayıtda mənzildə halsız vəziyyətdə qalmış şəxs xlas olunub

Sumqayıtda mənzildə halsız vəziyyətdə qalmış şəxs xlas olunub
# 18 iyun 2014 00:41 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, vətəndaş mənzilinin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açaraq mənzilə daxil olublar. Xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR