Daxili Qoşunların zabiti Qubada qəzaya uğrayıb - FOTO - VİDEO

Daxili Qoşunların zabiti Qubada qəzaya uğrayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 oktyabr 2013 19:48 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Rusiya Federasiyası sərhədi yolunun Quba rayonunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinin zabiti, 1989-cu il təvəllüdlü Səmiyev Məhəmməd Etibar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hərbi qulluqçunun vəziyyəti orta ağırdır.

Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR