Avropa Birliyi Krım parlamentinin referendumla bağlı qərarını qanunsuz hesab edir

Avropa Birliyi Krım parlamentinin referendumla bağlı qərarını qanunsuz hesab edir
# 06 mart 2014 19:55 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının sədri Herman van Rompey bildirib.

“Biz hesab edirik, Krım parlamentinin referendum keçirmək qərarı Ukrayna Konstitusiyasına ziddir, deməli, qanunsuzdur”, deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Krım parlamenti Muxtar Respublikanın Rusiyanın tərkibinə qatılmasına dair qərar verib və respublikanın hüquqlarının genişləndirilməsi ilə bağlı referendumun martın 16-na təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR