Lənkəran teatrı İlyas Əfəndiyevin 100 illiyinə həsr olunan yeni tamaşa hazırlayır - FOTO

Lənkəran teatrı İlyas Əfəndiyevin 100 illiyinə həsr olunan yeni tamaşa hazırlayır - <span style="color: red;">FOTO
# 24 iyun 2014 16:30 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin “Qəribə oğlan” komediyasını tamaşaya hazırlayır. Tamaşanın quruluşçu rejissoru Adil Zeynalovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, “Qəribə oğlan” insani hissləri, bəşəri duyğuları özünəməxsus bir sənətkarlıqla canlandıran lirik-psixoloji əsərlər müəllifi kimi şöhrət qazanmış xalq yazıçısı İlyas Əfəndiyevin dramaturji yaradıcılığında komediya janrında qələmə alınmış ilk səhnə əsəridir. 1973-cü ildə yazılmış bu əsərdə sovet dövrü üçün xarakterik olan xalqlar dostluğu ideyası ön plana çəkilib. Rejissorun qənaətincə, teatr əsərə yeni prizmadan yanaşmaqla, onu müasir və tamaşaçıları düşündürən çalarlarla zənginləşdirməyə çalışıb.

Tamaşanın quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Əsas rolları xalq artisti Qabil Quliyev, aparıcı aktyorlar Miraslan Ağayev, Qızılgül Quliyeva, Aynur Əhmədova, Allahverən Babayev, Səyyad Əliyev, Emin Fərzullayev və başqaları ifa edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası iyul ayının ortalarında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR