Azərbaycanın Pakistandakı səfiri Xayber Paxtunxva əyalətinin qubernatoru ilə görüşüb - FOTO

Azərbaycanın Pakistandakı səfiri Xayber Paxtunxva əyalətinin qubernatoru ilə görüşüb - <span style="color: red;">FOTO
# 30 yanvar 2014 07:25 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Peşavər şəhərində Pakistanın Xayber Paxtunxva əyalətinin qubernatoru Şövkatullah Xan ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, söhbət zamanı ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən söz açan səfir Dağlıq Qarabağ məsələsi daxil olmaqla, bütün məsələlərdə Pakistanın indiyə kimi verdiyi dəstəyə görə qubernatora təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib.

Qubernator isə əyalətdə yaşayan xalqların azərbaycanlılarla oxşar mədəniyyət və adət-ənənələrə malik olduqlarını qeyd edərək iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıb. O, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanı tam dəstəklədiyini diqqətə çatdırıb, bu dəstəyin problem ədalətli həllini tapana qədər davam edəcəyini vurğulayıb. Eyni zamanda Ş. Xan Azərbaycanın münaqişəli Kəşmir məsələsində Pakistanı dəstəklədiyinə görə minnətdarlıq ifadə edib.

Şövkətullah Xan 2005-ci ildə əyalətdə baş vermiş zəlzələ zamanı azərbaycanlı xilasedici və həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək bunun qardaşlıq simvolu olduğunu deyib. Qubernator eyni zamanda Azərbaycanın birinci xanımının başçılıq etdiyi Heydər Əliyev Fondu tərəfindən Xeybər Paxtunxva əyalətinin müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini, bu kimi tədbirlərin iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR