Tunisdə tanınmış müxalif siyasətçi Şükri Belaidi qətlə yetirən terrorçu öldürülüb

Tunisdə tanınmış müxalif siyasətçi Şükri Belaidi qətlə yetirən terrorçu öldürülüb
# 04 fevral 2014 23:42 (UTC +04:00)

Bakı-APA. Tunis təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat nəticəsində ötən il tanınmış müxalif siyasətçi Şükri Belaidi qətlə yetirməkdə şübhəli bilinən terrorçu-ekstremist Kamil Qaqadi öldürülüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün mətbuat konfransında Tunis DİN rəhbəri Lütfi bin Cedu bildirib.

Onun sözlərinə görə, Kamil Qaqadinin meyiti bir neçə gün ərzində ölkə paytaxtına həyata keçirilən əməliyyat nəticəsində öldürülmüş “Ənsər aş-Şaria” radikal dini qruplaşmanın üzvlərinin cəsədləri arasında aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR