SKMF bu ilin əvvəlindən sahibkarlara 108 mln. manatdan çox güzəştli kredit verib - FOTO

SKMF bu ilin əvvəlindən sahibkarlara 108 mln. manatdan çox güzəştli kredit verib - <span style="color: red;">FOTO
# 05 iyun 2014 12:08 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunun Vilvan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Lənkəranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsindən ibarət olub.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə intensiv bağçılıq, tərəvəzçilik və çayçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, həmçinin kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilməklə, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev çıxışı zamanı 2014-cü ilin ötən dövrü ərzində 2127 sahibkara 108,6 mln. manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması məqsədilə 5000-ə yaxın yeni iş yerinin yaradılması üçün zəmin yarandığını diqqətə çatdırıb. Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1724 investisiya layihəsinin maliyyələşdirilməsinə 85,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, çayçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9700-ə yaxın yeni iş yerinin açılması imkanı əldə olunub.

Forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 49 sahibkara 11,1 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq, əkinçilik, çörək, süfrə suyu, konserv məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR