İranda zəlzələ olub

İranda zəlzələ olub
# 03 fevral 2014 07:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Hörmüzqan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Parsian şəhərinə təsadüf edib. 4.2 bal gücündə olan zəlzələ fevralın 3-də Bakı vaxtı ilə saat 09:33-də yerin 10 km dərinliyində meydana gəlib.

Təbii fəlakət Parsiandan (Hörmüzqan) 37 km, Asaluyədən (Buşəhr) 46 km və Lamərddən (Fars) 54 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR