Müsavat Partiyası AXCP ilə bağlı moratorium qərarını qüvvədə saxlayıb

Müsavat Partiyası AXCP ilə bağlı moratorium qərarını qüvvədə saxlayıb
# 22 yanvar 2014 15:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyasının Divanı bu gün keçirilən iclasında partiyanın AXCP ilə bağlı moratorium qərarını qüvvədə saxlayıb. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib.

T. Abbaslı moratorium qərarının ləğvi təşəbbüsünün özü tərəfindən irəli sürüldüyünü bildirib: “Məsələ müzakirə olundu və yekunda belə qərara gəlindi ki, moratorium qərarı hələlik qüvvədə saxlanılsın”.

T. Abbaslı Divanın iclasında Müsavat başqanının müavini Tofiq Yaqublunun ailə üzvlərinin qəzaya uğraması, publisist Rafiq Tağının cinayət işinin bağlanılması və Ukraynadakı proseslərin də müzakirə olunduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR