Üçüncü nüvə təhlükəsizliyi sammitinin vaxtı bəlli olub

Üçüncü nüvə təhlükəsizliyi sammitinin vaxtı bəlli olub
# 06 fevral 2014 11:30 (UTC +04:00)

APA-nın sammitin rəsmi saytına istinadın verdiyi məlumata görə, toplantıya 58 ölkə lideri və təxminən 5 min nümayəndə qatılacaq. Tədbiri 3 min jurnalistin işıqlandıracağı gözlənilir.

Əsa müzakirə mövzuları dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin yaxşılaşdırılması, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi olacaq.

Xatırladaq ki, bu həftə Azərbaycanda səfərdə olan Hollandiya xarici işlər naziri Frans Timemrmans prezident İlham Əliyevin də sammitə dəvət olunduğunu açıqlayıb.

İlk nüvə sammiti 2010-cu ildə Vaşinqtonda, ikincisi isə 2012-ci ildə Seulda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR