Tovuzda maşın yolu keçmək istəyən 70 yaşlı piyadanı vurub öldürüb - VİDEO

Tovuzda maşın yolu keçmək istəyən 70 yaşlı piyadanı vurub öldürüb - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 19:34 (UTC +04:00)

Tovuz Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə fevralın 6-da saat 18 radələrində rayonun Duz Cirdaxan kəndi ərazisində baş verib. Cəlili kənd sakini Bəhruz Həsənovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən Təvvəkül Qasimovu vurub. Daha sonra həmin avtomobil Nemət Dəmirovun idarə etdiyi "Opel"markalı minik maşına çırpılıb.

Qəza zamanı sürücülər xəsarət almasa da, 70 yaşlı piyada Təvvəkül Qasımov Tovuz Mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR