Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 08 noyabr 2013 07:35 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Azərbaycanda br neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 8 noyabr 2013-cü il tarixdə saat 09:00-dan Goranboy və Naftalan rayonlarına, saat 09:00-dan 18:00-dək Gədəbəy və Quba rayonlarına, saat 10:00-dan 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Göyçay rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Sabunçu, Xəzər, Abşeron və Suraxanı rayonlarının bir hissəsinə, saat 11:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Siyəzən rayonuna, saat 12:00-dan 15:00-dək Yasamal rayonunun bir hissəsinə, saat 15:00-dan 18:00-dək isə Qaradağ rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR