Bakıda su kanalından tapılan naməlum qadın meyitinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb - FOTO

Bakıda su kanalından tapılan naməlum qadın meyitinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 08:43 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qadının üzərində hər-hansı sənədin olmaması onun şəxsiyyətini müəyyənləşdirməkdə problem yaradıb.

Polisdən APA-ya meyiti tapılan qadının fotosunu da təqdim ediblər. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə, və ya Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə (012-452-02-02) məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, sentyabrın 18-də Hövsan qəsəbəsindən keçən su kanalında 25-30 yaşlarında naməlum qadın meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun üzərində hər-hansı xəsarət və zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin versiyaya görə, qadın kanalda boğularaq dünyasını dəyişib.

Hazırda meyitin şəxsiyyətinin və ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR