Masazırda köşk yanıb

Masazırda köşk yanıb
# 27 oktyabr 2013 02:03 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Masazır qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmamış 1 mərtəbəli evin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m olan vaqon tipli köşkdə baş verib. Nəticədə köşkün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR