Bakıda kişi bıçaqlanaraq küçəyə atılıb

Bakıda kişi bıçaqlanaraq küçəyə atılıb
# 26 may 2024 04:20 (UTC +04:00)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, şossedən keçən sürücülərdən biri yol kənarına bıçaqlanaraq atılan şəxsi aşkarlayıb və onu dərhal Sabunçu Tibb Mərkəzinə çatdırıb.

Məlum olub ki, bıçaqlanan 1981-ci il təvəllüdlü Abuzərov Qurban Adil oğludur. O naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb daha sonra bıçaqlanaraq yol kənarına atılıb.

Yaralının vəziyyəti ağır olaraq qalır.

Hazırda hadisəni Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR