Azərbaycanın borc bazarı Londonda keçirilmiş beynəlxalq konfransda müzakirə olunub

Azərbaycanın borc bazarı Londonda keçirilmiş beynəlxalq konfransda müzakirə olunub
# 20 sentyabr 2013 13:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankının icraçı direktoru, investisiya və fərdi bank biznesi bölməsinin rəhbəri Fəqan Nağıyev Londonda keçirilmiş IV Beynəlxalq «Cbonds Fixed Income Conference: Russia, CIS & CEE» konfransında iştirak edib.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, F.Nağıyev «Azərbaycanın borc bazarı» mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanın makroiqtisadi göstəriciləri və ölkənin qiymətli kağızlar bazarı barədə analitik məlumatı toplantı iştirakçılarına təqdim edib.

Məruzədə həmçinin ölkənin qiymətli kağızlar bazarının inkişaf perspektivləri də qeyd edilib.

Qeyd edək ki, konfrans 2010-cu ildən Londonda keçirilir və burada beynəlxalq institusional investorlar, həmçinin Rusiyanın maliyyə institutları, emitentləri və hökumət nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR