Pan Qi Mun: Suriyaya zərbə yalnız BMT-nin razılığı ilə endirilə bilər

Pan Qi Mun: Suriyaya zərbə yalnız BMT-nin razılığı ilə endirilə bilər
# 03 sentyabr 2013 23:26 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə mətbuat konfransında BMT-nin baş katibi Pan Qi Mun bəyan edib.

“Suriyada güc tətbiq edilməsi yalnız özünümüdafiə halı olduqda ya da BMT Təhlükəsizlik Şurasının sanksiyasından sonra mümkündür”, deyə baş katib vurğulayıb.

O əlavə edib ki, əgər Suriyada kimyəvi silah həqiqətən tətbiq edilibsə, onda BMT Təhlükəsizlik Şurası birləşərək adekvat tədbirlər görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR