Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib

 Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib
# 28 oktyabr 2013 07:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 570 bəndədək, S&P 500 0,4% - 1 760 bəndədək, Nasdaq 0,4% - 3 943 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə müsbət makroiqtisadi statistika və bir sıra iri şirkətlərin hesabatları təsir edib. Belə ki, uzunmüddətli istifadəli malların sifarişlərinin həcmi sentyabr ayında avqustla müqayisədə 3,7% artıb. Eyni zamanda UPS və «Microsoft» şirkətlərinin mənfəətin ötən illə müqayisədə artması barədə hesabatları da bazara müsbət təsir göstərib.

Avropa fond bazarlarında oktyabrın 25-də FTSE 100 indeksi 0,1% - 6 721 bəndədək, Almaniya DAX-ı 0,1% - 8 986 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,1% - 4 272 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 352,50 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3802 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR