İqtisadiyyat və sənaye nazirinin Sumqayıtda keçiriləcək vətəndaşların qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat və sənaye nazirinin Sumqayıtda keçiriləcək vətəndaşların qəbulunun vaxtı dəyişdirilib
# 11 mart 2014 15:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin martın 14-də Sumqayıt şəhərində nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı martın 28-nə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, saat 10:00-dan etibarən Tarix Muzeyində (Sumqayıt şəhəri, H.Əliyev pr., IV mikrorayon) təşkil olunacaq qəbulda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sumqayıt şəhərindən və Abşeron rayonundan olan vətəndaşları qəbul edəcək.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və «Facebook» səhifələrində xüsusi olaraq yaradılmış «İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR