Slavyanskda baş verən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 30-u yaralanıb

Slavyanskda baş verən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 30-u  yaralanıb
# 05 may 2014 18:03 (UTC +04:00)

Bakı - APA. Bu gün Ukraynanın Slavyansk şəhəri ətrafında döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 30 nəfər yaralanıb.

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, dinc əhali arasında da ölənlər var.

Ukrayna Təhlükəsizlik xidmətinin nümayəndəsi Marina Ostapenko dinc əhali arasında yüzlərlə adamın xəsarət almasını bildirib. Onun sözlərinə görə, separatçılar evləri gülləbaran edir və yandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR