Qətldə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb

Qətldə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb
# 15 aprel 2014 14:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 15 yaşlı Anar Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 22-nə təyin edilib.


Qeyd edək ki, ötən il dekabrın 26-da A. Səlimov 24 yaşlı Həşimov Nazim Natiq oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəyə səbəb isə onların yolda təsadüfən bir-biri ilə toqquşması olub. Belə ki, N. Həşimov yol vermədiyi üçün Anara iradını bildirib. Bundan qəzəblənən Anar Nazimi bıçaqlayaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR