700 mindən çox Suriya vətəndaşı Türkiyədə sığınacaq tapıb

700 mindən çox Suriya vətəndaşı Türkiyədə sığınacaq tapıb
# 07 fevral 2014 12:10 (UTC +04:00)

Bakı – APA. Türkiyə ərazisində sığınacaq tapmış Suriya vətəndaşlarının sayı 700 min nəfəri keçib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin fövqəladə hallar İdarəsinin rəhbəri Fuad Oqtay deyib.

O bildirib ki, Suriyadan axın əsasən Kilis və Qaziantep vilayətlərində müşahidə olunur.

Suriya vətəndaşlarının bir hissəsinin düşərgələrdə və çadır şəhərçiklərində məskunlaşdığı deyən F.Oqtay qaçqınların əksəriyyətinin qohumların və tanışların evində qalmağa üstünlük verdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR