Azərbaycan xarici işlər nazirinin müavini Seyşel Respublikasının sabiq prezidenti ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Seyşel Respublikasının sabiq prezidenti ilə görüşüb
# 29 aprel 2014 15:16 (UTC +04:00)

Bakı - APA. Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Seyşel Respublikasının sabiq prezidenti ser Ceymz R.Mançam Kbe ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq üçüncü dəfədir Azərbaycana səfər edən keçmiş prezident ölkə rəhbərliyinin fəaliyyətini və ölkəmizdə müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirdiyini bildirib.

O, ilk dəfə ölkəmizə 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı müşahidəçi qismində gəldiyini və səfəri zamanı gördüklərindən təsirlənərək sədri olduğu “Hind okeanı və Ərəb dənizinin səsi” jurnalının 2013-cü ilin dekabr ayında işıq üzü görmüş Milad bayramı ilə əlaqədar xüsusi buraxılışında Azərbaycan prezidenti İlham Əliyev “İlin adamı” elan edilib.

Görüş zamanı ölkələrimiz arasında xüsusilə turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğu vurğulanıb, digər sahələrdə də əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd edilib və iki ölkə arasında mütəmadi şəkildə məsləhətləşmələrin aparılması perspektivləri müzakirə olunub.

Ser Ceymz R.Mançam Kbe həmçinin 2017-18-ci illər üçün ölkəsinin Afrika qrupu olaraq BMT Təhlükəsizlik Şurasında təmsil olunması üçün müraciət edəcəklərini, seçiləcəkləri halda, Azərbaycanın sözügedən beynəlxalq təşkilatdakı təcrübəsindən faydalanmaq niyyətində olduqlarını və ölkəmizin mövqeyini dəstəkləyəcəklərini bildirib. O, Seyşel Respublikasının prezidenti Ceymz Mişelin bununla bağlı olan məktubunu Xarici İşlər Nazirliyinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR