Taner Yıldız: “Türkiyə və İran qiymət məsələsində razılıq əldə etsə, təbii qazın idxalını iki dəfə artıra bilərik”

Taner Yıldız: “Türkiyə və İran qiymət məsələsində razılıq əldə etsə, təbii qazın idxalını iki dəfə artıra bilərik”
# 31 yanvar 2014 10:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran və Türkiyə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) üzvləridir. Ancaq buna baxmayaraq, təbii qazın qiyməti məsələsində ortaq mövqeyə gəlmələri üçün uzun bir yol qət etmək lazımdır”.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında “mavi yanacağ”ın qiyməti məsələsində razılaşma əldə olunarsa, Türkiyə İrandan təbii qaz idxalını iki dəfə artıra biləcək.

Qeyd edək ki, İranın Türkiyəyə “mavi yanacaq” ixracı məsələsi Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın yanvarın 28-29-da İrana səfərinin əsas müzakirə mövzularından biri olub. Türkiyə İranın təbii qaza qoyduğu qiyməti yüksək hesab edir və hətta bununla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Ancaq hələlik rəsmi Ankaranın müraciətinə heç bir cavab verilməyib. İran isə Türkiyəyə ixrac etdiyi “mavi yanacağ”ın qiymətinin dünya bazarlarındakı qiymətlərlə ekvivalent olduğunu düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR