ATƏT-in Ali Komissarı Ukraynada yaşayan milli azlıqların nümayəndələri ilə görüşüb

ATƏT-in Ali Komissarı Ukraynada yaşayan milli azlıqların nümayəndələri ilə görüşüb
# 25 mart 2014 13:14 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə sədr müavini Elman Həsənov bildirib.

E.Həsənov qeyd edib ki, görüş vilayət qubernatorluğunun binasında baş tutub və görüş zamanı ATÇƏT rəsmisi vilayətdə yaşayan etnik xalqların, xüsusilə də keçmiş SSRİ ölkələrindən olan millətlərin bu vilayətdə yaşayış vəziyyəti ilə maraqlanıb: «Görüş zamanı A.Tors daha çox rusların, azərbaycanlıların, gürcülərin, ermənilərin və digər MDB ölkələrindən olan millətlərin burada təzyiqə qalıb-qalmaması, etnik münasibətlər və sair məsələlər ilə maraqlanıb. Təbii ki, biz cavablarımızda ona burada hər şeyin qaydasında olduğunu və nəinki heç bir təzyiqə məruz qalmadığımızı, ümumiyyətlə bu vilayətdə etnik münasibətlərin normal olduğunu çatdırdıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR