Gürcüstanın baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib - FOTO

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib - <span style="color: red;">FOTO
# 21 mart 2014 17:30 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, martın 21-də azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edən baş nazir bayram tonqalını alışdırıb, sonra bayrama toplaşan azərbaycanlılara Azərbaycan dilində təbriklərini çatdırıb: “Mən bu gün sizinlə birlikdə bayrama qoşulub, ürəklə sizin sevincinizi bölüşürəm. Biz bir ölkənin sakinləriyik və birlikdə ölkəmizin xoşbəxt gələcəyini qururuq. Bizim əcdadlarımız da Gürcüstanda həmişə bir yaşayıb, bir-birinin qəm və sevincini bölüşüblər. Bu gün həmin tarixi ənənəni gənclər davam etdirir. Azərbaycanlı gənclərin gürcü dilinə maraq göstərməsi getdikcə yüksəlir. Əminəm ki, dövlət dilini bilən azərbaycanlı gənclər ali təhsil alacaq, müxtəlif peşələrə, ixtisaslara yiyələnəcək və Gürcüstanın tam hüquqlu vətəndaşı kimi dövlət quruculuğunda fəal iştirak edəcəklər”.

Baş nazir Azərbaycanın Gürcüstanın sadiq tərəfdaşı və dostu olduğunu bildirib: “Biz birlikdə xoşbəxt gələcək qururuq”.

Tədbirdə Gürcüstanın baş nazirinə Quran kitabı bağışlanıb.

Sonra konsert proqramı təşkil olunub, Azərbaycan və gürcü mahnıları ifa edilib, rəqslər nümayiş etdirilib.

Sonda baş nazir və hökumət üzvləri, Kvemo-Kartli quberniyasının və rayon icra hakimiyyətinin rəhbər şəxsləri ağacəkmə aksiyasında iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR