Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 3% artıb

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 3% artıb
# 30 sentyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 840,61 mln. ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 3,26% artıb. «APA-Economics»in Gürcüstan Milli Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 12,7%-ni təşkil edir.

Xatırladaq ki, Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

Hesabat dövründə Gürcüstanla Türkiyə arasındakı ticarət dövriyyəsi 950,26 mln. dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 14,3%-nə bərabərdir.

Gürcüstanın üçüncü əsas ticarət tərəfdaşı isə Ukraynadır ki, hesabat dövründə bu ölkə ilə ticarət əməliyyatları 488,14 mln. dollar təşkil edib.

Qeyd edək ki, Gürcüstanın bu ilin 8 ayı ərzində ümumi ticarət dövriyyəsinin həcmi 6,64 mlrd. dollar olub ki, bu da 2012-ci ilin analoji dövrü ilə müqayisədə 0,13% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR