Cavid Qurbanov: “Ziya Bünyadov prospektində yeni körpülərin tikintisi ilə bağlı problemlər gələn ilin ortalarında həllini tapacaq”

Cavid Qurbanov: “Ziya Bünyadov prospektində yeni körpülərin tikintisi ilə bağlı problemlər gələn ilin ortalarında həllini tapacaq”
# 23 noyabr 2013 11:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ziya Bünyadov prospektində çoxlu evlər inşa olunub və kommunikasiya xətləri mövcuddur, evlərin altından geniş su borularının hamısının köçürülməsi müəyyən vaxt tələb edir: “Biz bu kommunikasiya xətlərinin orada qalmasını və gələcəkdə problem yaratmasını istəmədik. Ona görə də ilk olaraq bu məsələlərin həllinə çalışdıq. Bununla bağlı məsələ intensiv şəkildə gedir və gələn ilin ortalarında öz həllini tapacaq”.

Naxçıvan-İran sərhədində Culfa körpüsünün istifadəyə verilməsi məsələsinə gəlincə, C. Qurbanov qeyd edib ki, Naxçıvan blokadadır və ona kömək etmək lazımdır: “Məsələn, Astara dəmir yolu sərhədini müəyyənləşdirmək üçün 7 dəfə protokol imzalamışıq. Amma neçə dəfə dəyişdirilib. Naxçıvan-İran sərhədində Culfa körpüsünün istifadəyə verilməsində Azərbaycan tərəfi maraqlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR