ATƏT PA-nın vitse-prezidenti: “Bəzi seçki məntəqələrində seçici sıxlığı müşahidə olunub” - FOTO

ATƏT PA-nın vitse-prezidenti: “Bəzi seçki məntəqələrində seçici sıxlığı müşahidə olunub” - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 09:28 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Azərbaycanda prezident seçkiləri sakit, normal şəkildə, qanuna uyğun keçirilir”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə seçkiləri izləyən Gürcüstan parlamentinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli bildirib.

Onun sözlərinə görə, seçkilərdə vətəndaşların aktivliyi müşahidə olunur: "Bu ana kimi biz Binəqədi və Biləcəridə 8-9 seçki məntəqəsində olduq. Bəzi seçki məntəqələrində seçici sıxlığı müşahidə olunub, orada təxminən 15 faiz seçici öz seçki hüququndan istifadə edib. Məntəqələrdə çoxlu müşahidəçilər var, ciddi nöqsan yoxdur. Yalnız bir məntəqədə yerli müşahidəçilərdən biri cüzi pozuntunu qeyd etdi. Bir çox məntəqələrdə veb-kameralar var. İndi görək günün ikinci yarısında seçki prosesi necə keçiriləcək. Əgər bu cür davam etsə, sonda bu proses tərəqqi kimi qiymətləndiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR