Azərbaycanda Misir Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Misir Mədəniyyət Günləri keçiriləcək
# 31 may 2014 14:17 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyunun 1-dən 7-dək Azərbaycanda Misir Ərəb Respublikasının Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət Günləri çərçivəsində Milli Kitabxanada beynəlxalq simpozium, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təntənəli konsert proqramının təqdimatı, "İsmailiyyə" folklor ansamblının konsertləri və rəsm, dekorativ-tətbiqi sənət və foto sərgisinin təşkili nəzərdə tutulur.

Mədəniyyət günləri Bakıətrafı bölgələrdə də davam edəcək. Sərginin açılışı isə iyunun 2-də "Qalereya 1969" sərgi salonunda keçiriləcək.

Nazirlikdən bildiriblər ki, sərgidə Misirin incəsənət xadimi Şərif Sunbul və Misirin Helvan Universitetinin rəssamlıq fakültəsinin müəllimi Dr. Ənvər Məhəmməd İbrahim Əli iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR