Almaniya universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - FOTO

Almaniya universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 09:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda səfərdə olan Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetinin bir qrup nümayəndəsi ilə Bakı Ali Neft Məktəbində (BANM) görüş keçirilib. Məktəbdən APA-ya verilən məlumata görə, BANM rektoru Elmar Qasımov ali məktəbin qısa zaman çərçivəsində əldə etdiyi uğurlar, gələcək planları haqqında qonaqlara ətraflı məlumat verib. E. Qasımov bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-nin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Rektor vurğulayıb ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.

Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetindən gələn nümayəndə heyətinin rəhbəri Harald Peklaner qeyd edib ki, fəaliyyət göstərdiyi universitet tədqiqat, peşə hazırlığı və davamlı təhsildən başqa maraq göstərən şirkətlərə konsultant layihələri, tədqiqat, praktik seminarlar və mühazirələr şəklində əməkdaşlıq edir. O gələcəkdə BANM ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Tədbir çərçivəsində BANM və Eichstatt-İngolstadt Katolik Universitetinin tələbələri arasında beynəlxalq tələbə mübadiləsi, uğurlu karyera seçimi və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR