Azərbaycanda cinayət başında yaxalanan vəzifəli şəxslər barəsində 18 fakt üzrə cinayət işi başlanıb - FOTO

Azərbaycanda cinayət başında yaxalanan vəzifəli şəxslər barəsində 18 fakt üzrə cinayət işi başlanıb - <span style="color: red;">FOTO
# 17 yanvar 2014 08:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

K. Əliyev qeyd edib ki, 2013-cü il ərzində idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət edən 205 nəfər, idarə rəisi tərəfindən isə 25 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib: “Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 18, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 7 cinayət işi başlanıb. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR