QAT Rusiyada azərbaycanlılara qarşı kampaniya aparılmasını pisləyib - FOTO

QAT Rusiyada azərbaycanlılara qarşı kampaniya aparılmasını pisləyib  - <span style="color: red;">FOTO
# 19 oktyabr 2013 13:38 (UTC +04:00)

Bakı-APA. Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin iclası keçirilib.

QAT Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, iclasın əvvəlində təşkilati məsələlərə baxılıb. İlqar Əliyev, Fəridə Əsgərova, Tahir Məmmədli, Gültəkin Quliyeva, Elnur Quliyev QAT sədrinin müavinləri seçiliblər. Rayon şöbələrinin sədrləri Gəray Əsədov (Bərdə), Əli Əliyev (Astara) Elşən Məmmədov (Ağsu), Akif Soltanov (Şamaxı), Zaur Ələkbərov (Cəlilabad), Mustafa Orucov (Xaçmaz), Elxan Rəhimov (Şəki), Polad Soltanov (Zaqatala), Asim Rzayev (Gədəbəy), Yalçın Abdullayev (Binəqədi), Vahid İsmayılovun (Yasamal) Ali Məclis üzvü səlahiyyətləri təsdiq olunub.

İclasda hazırkı vəziyyət müzakirə olunub, bir sıra məsələlərlə bağlı qərarlar qəbul olunub. Rusiyada azərbaycanlılara qarşı kampaniyanın aparılması, Orxan Zeynalova qarşı təzyiqlər pislənib, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi bağlı qərar qəbul olunub: “Lakin nə vaxt keçiriləcəyi ilə bağlı bildirilib ki, hazırda münasibətləri gərginləşdirmək istənilmir və Rusiya hökumətinin atacağı addımları gözlənilir”.

İclas iştirakçıları rayonlarda Qarabağ məsələsinə dair sorğuların keçirilməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması istiqamətində tədbirlərin görülməsi, QAT nümayəndələrinin İrana və Türkiyəyə səfərlərinin nəticələri, həmçinin gözlənilən səfərlərlə bağlı qərarlar qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR