Bakıda uşaq bağçalarını ərzaqla təmin edən şirkətin məhsullarında bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkarlanıb - FOTO - VİDEO

Bakıda uşaq bağçalarını ərzaqla təmin edən şirkətin məhsullarında bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkarlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 dekabr 2013 12:52 (UTC +04:00)

Komitədən «APA-Economics»ə verilən məlumata görə, şirkətə məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi,23/24 və Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi,12 ünvanında yerləşən bazalarında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı müəssisədə standartların tələblərinin kobud şəkildə pozulması aşkar edilib. Belə ki, anbarlarda məhsulların saxlanması zamanı texniki normalara riayət olunmur, saxlanma rejimləri müxtəlif olan məhsullar eyni sahədə və eyni şəraitdə saxlanılır, o cümlədən məhsulların uyğunluq sertifikatları və digər normativ sənədləri mövcud deyil. Bağçalara göndərilən pendirin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında aparılmış sınaqları nəticəsində məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar olunub.

Bu və digər nöqsanlarla bağlı müvafiq akt tərtib olunmuş və 20 adda məhsulun satışı və istehsalı qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR