Azərbaycanla İran arasında yeni gömrük keçid məntəqəsinin açılması məsələsində irəliləyiş yoxdur

Azərbaycanla İran arasında yeni gömrük keçid məntəqəsinin açılması məsələsində irəliləyiş yoxdur
# 22 yanvar 2014 10:38 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb: «Biz cəbhə xəttinə yaxın yerdə, İranla Azərbaycan arasındakı bu gömrük keçid məntəqəsini bərpa etmək istəyirik. Təəssüf ki, bu məsələ danışıqlar səviyyəsindən artıq irəli getmir».

A. Əliyev deyib ki, bir müddət əvvəl İranın Aslandüz keçid məntəqəsinin idarə rəisi ilə görüşü olub: «Bu görüş zamanı İranın yeni təyin olunmuş Gömrük Komitəsinin rəhbərini Azərbaycana dəvət etdim. Ümid edirəm ki, bu məsələni bundan sonra idarə rəisi ilə deyil, iranlı həmkarımla müzakirə edəcəyik».

Qeyd edək ki, Horadiz (Azərbaycan) – Aslandüz (İran) sərhəd keçid məntəqəsi 1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğal olunmasına qədər fəaliyyət göstərib. İşğaldan sonra məntəqənin fəaliyyəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR