İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri fevralın ortalarında keçiriləcək

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri fevralın ortalarında keçiriləcək
# 26 yanvar 2014 20:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri fevralın ortalarında keçiriləcək”.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, bununla bağlı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla Davosda keçirilmiş ikitərəfli görüşdə razılıq əldə olunub: “İlk görüşün fevralın ortalarında keçirilməsini razılaşdırdıq. Biz daha tez keçirilməsini istəyirdik. Lakin çinli dostlarımız yeni il tətili səbəbindən buna hazır olmadılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR