Bakıda ana və oğlunu maşın vurub

Bakıda ana və oğlunu maşın vurub
# 06 yanvar 2014 09:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycan paytaxtında ana və oğul yol qəzasına düşüb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı şəhərinin Suraxanı qəsəbəsində qeydə alınıb. Naməlum avtomobil yolu keçən qəsəbə sakinləri Adilə Ağayeva və oğlu Gülağanı vurub. Hər iki şəxs ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR