Azərbaycan sel daşqınları baş verən Serbiyaya yardım göndərib - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

Azərbaycan sel daşqınları baş verən Serbiyaya yardım göndərib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 19 may 2014 09:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu gün yardım yüklənmiş ilk təyyarə Serbiyaya yola salınıb. Yardımın yola salınması mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.

FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım prezident İlham Əliyevin tapşırığı əsasında yola salınır: “Axşam saatlarında isə Bosniya və Herseqovinaya yardım yüklənmiş təyyarə yola salınacaq. Yardıma müxtəlif texniki avadanlıqlar, 12 ədəd müxtəlif ölçülü motorlu qayıq, 260 ədəd çadır, 300 səhra yataq dəsti, 1500 ədyal, 40 ədəd elektrik generatoru, 20 ədəd su pompası və s. daxildir”.

Axşam saatlarında yardım təyyarəsi Belqrada çatacaq, FHN və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək.

Qeyd edək ki, Serbiyada və Bosniya və Herseqovinada baş vermiş daşqınlar nəticəsində onlarla insan həlak olub, minlərlə insan evsiz-eşiksiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR