TQDK-nın şöbə müdiri: “Testlərin çətinliyi barədə danışan ekspertlərin əlində göstəricilər yoxdursa, hansı əsasla yanlış fikir yaradırlar?” - FOTO

TQDK-nın şöbə müdiri: “Testlərin çətinliyi barədə danışan ekspertlərin əlində göstəricilər yoxdursa, hansı əsasla yanlış fikir yaradırlar?” - <span style="color: red;">FOTO
# 14 oktyabr 2013 09:55 (UTC +04:00)

APA-nın xəbərinə görə, ingilis dili fənni üzrə keçirilən ilk seminarda çıxış edən TQDK-nın şöbə müdiri Nərminə Məmmədova bildirib ki, artıq neçə illərdir keçirilən seminarlarda fənlər üzrə test tapşırıqlarının hazırlanması, yeni model testlərin qurulması, açıq və qapalı test tapşırıqlarının və digər məsələlər ətraflı müzakirə edilir. Onun sözlərinə görə, elmi-metodiki seminarlarda paytaxtla yanaşı, regionların fənn müəllimləri də iştirak edir: “Özünü pedaqoji ekspert kimi təqdim edən bəzi şəxslər dövrü mətbuatda çıxış edir, testlərin çətinliyi, məzmunu ilə bağlı müəyyən fikir söyləyirlər. Lakin qeyd edək ki, hər bir istifadə olunan testin parametri və statistik göstəriciləri var. Əgər müxtəlif fikirlər səsləndirən pedaqoji ekspertlərin əlində qəbul imtahanlarında istifadə olunan test suallarının statistik göstəriciləri yoxdursa, onlar hansı əsasla belə fikirlər səsləndirib yanlış fikirlər yaradırlar?”

Məktəblərdə ingilis dilinin tətbiqi məsələsinə gəlincə, N.Məmmədova qeyd edib ki, məktəbdən imtahan verməyə gələn abituriyentlərin bu fənn üzrə hazırlıqları yüksək olmur: “Onlara məktəbdə verilən biliklə tələblə hazırlığı üst-üstə düşmür. Məktəbdə verilən qiymətlər şagirdin biliyini əks etdirmir”.

TQDK-nın sektor müdiri Məhəbbət Əkbərli və seminarın sədri Rəna Əhmədova seminarın iş planı, görüləcək işlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat veriblər. Qeyd edək ki, fənlər üzrə elmi-metodiki seminarlar may ayına kimi davam edəcək. Seminarlarda iştirak etmək arzusunda olanlar TQDK-nın Yoxlama-ölçmə materiallarının işlənməsi sektoruna, bölgələrdə isə komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR