Milli Məclisin deputatları və “Neftçi” futbol komandasının veteranları arasında yoldaşlıq görüşü keçirəcək

Milli Məclisin deputatları və “Neftçi” futbol komandasının veteranları arasında yoldaşlıq görüşü keçirəcək
# 08 may 2014 12:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Sabah Azərbaycan Milli Məclisinin deputatları və “Neftçi” futbol komandasının veteranları arasında yoldaşlıq görüşü keçirəcək.

Deputat Qüdrət Həsənquliyevin APA-ya verdiyi məlumata görə, “Neftçi”nin bazasında baş tutacaq futbol yarışması Heydər Əliyevin 91 illiyinə həsr olunub.

Milli Məclisi təmsil edəcək komandaya deputatlardan Q.Həsənquliyev, Aslan Cəfərov, Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, Rauf Əliyev və digərləri daxildir. Komandanın kapitanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat S.Novruzovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR