Bakı Apellyasiya Məhkəməsində Barışıq Skamyası qoyulmasından 3 il ötür

Bakı Apellyasiya Məhkəməsində Barışıq Skamyası qoyulmasından 3 il ötür
# 11 iyun 2014 09:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Barışıq Skamyası qoyulmasından 3 il ötür.

Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında Barışıq Skamyasının qoyulması rəmzi xarakter daşıyır.

Skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır. Bu, barışıq tərəflərin hüququdur və məhkəmə prosesinin istənilən mərhələsində mümkündür.

Ötən üç il ərzində Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş işlərdən 62-si üzrə proseslərdə iştirak etmək üçün məhkəməyə gələn insanlarda Barışıq Skamyasının yaratdığı barışıq təəssüratı nəticəsində tərəflər arasında barışıq sazişi bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR