Azərbaycan enerji istehsalını 13% artırıb

Azərbaycan enerji istehsalını 13% artırıb
# 05 noyabr 2013 09:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 13,3% çoxdur.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzinndə isə ölkədə 17,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə enerji istehsalı dəyişməz qalıb.

Bununla yanaşı, ay ərzində Azərbaycan enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR