“5+1” formatında aparılacaq danışıqlarda İran nümayəndə heyətinə başçılıq edəcək şəxsin adı açıqlanıb

“5+1” formatında aparılacaq danışıqlarda İran nümayəndə heyətinə başçılıq edəcək şəxsin adı açıqlanıb
# 01 oktyabr 2013 11:03 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Üç həftəyə Cenevrədə İranın nüvə proqramı ilə bağlı “5+1” formatında keçiriləcək görüşdə İran tərəfinin nümayəndə heyətinə xarici işlər naziri Məhəmməd Cavad Zərif, qarşı tərəfin nümayəndə heyətinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edəcək.

APA-nın “Press-TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə İran XİN-in mətbuat katibi Mərziyə Əfxam deyib.

Onun sözlərinə görə, İranın Atom Enerji üzrə Beynəlxalq Agentliklə keçirdiyi danışıqlar hər iki tərəfin əməkdaşlıq etmək niyyətində olduğunu göstərib: “Lakin bəzi məsələlərdə anlaşılmazlıqlar var. Onları müəyyən kontekstdə aradan qaldırmaq lazımdır. Cenevrə görüşünün nəticələrinə əsasən tərəflər gələcək addımlarını müəyyən edəcəklər. Amma İranın nüvə zənginləşdirilməsi ilə bağlı haqqı müzakirəolunmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR