Bakıda geyim mağazasında yanğın olub

Bakıda geyim mağazasında yanğın olub
# 26 oktyabr 2013 19:27 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda geyim mağazasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan geyim mağazasında baş verib. Nəticədə mağazanın 1 ədəd elektrik sayğacı və taxta konstruksiyalı divar üzlüyü 2 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR