Liviyalı əsgərlərin hazırlığı ilə amerikalı mütəxəssislər məşğul olacaq

Liviyalı əsgərlərin hazırlığı ilə amerikalı mütəxəssislər məşğul olacaq
# 19 noyabr 2013 00:03 (UTC +04:00)

Bakı-APA. Amerika Birləşmiş Ştatlarının mütəxəssisləri 8 min liviyalı hərbçinin hazırlığı ilə məşğul olacaq. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun yaydığı xəbərdə bildirilir.

Bununla belə missiyanın detalları barədə heç bir məlumat verilmir. Təkcə bildirilir ki, hərbi hazırlıq Liviya ərazisində olmayacaq.

Qeyd edək ki, liviyalı əsgərlərin hazırlıq prosesinə yardım edilməsi ilə bağlı ABŞ-a Liviyanın baş naziri müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR